İbrahim Tatlısəsin qızı qəzaya düşdü

    3

    Türkiyənin ünlü sənətçisi İbrahim Tatlısəsin qızı Dilan Çıtak dünən gecə avtomobil qəzası keçirib.

    Qəzaya səbəb yağmurlu hava olub. Daha doğrusu Dilan çiskin və yağış üzündən avtomobilin idarəetməsini itirib. Nəticədə maşın yolun kənarına çırpılıb.

    Hurriyyet org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qəza zamanı Dilan xəsarət almasa da, çox qorxub: “İnsan həyatı saniyələrə bağlıymış. Elə bildim maşın dayanmayacaq. Qarşıdan avtomobil gəlmədiyinə və kimisə vurmadığıma görə şükür edirəm”.

    Altunay, Hurriyyet.org

    ““