Türkiyədə NÖVBƏTİ TERROR: 4 şəhid, 1 yaralı

    6

    Türkiyənin Şırnak vilayətinin Uludərə mahalı və Qars vilayətinin Kağızman mahalında terror aktları törədilib.

    Hurriyyet.org xəbər verir ki, təhlükəsizlik qüvvələrinin keçdiyi vaxt PKK terrorçuları tərəfindən yola yerləşdirilən minanın partladılması nəticəsində 2 əsgər yaralanıb.

    Əsgərlər vertolyotla Şırnak Dövlət Xəstəxanasına çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

    Qarsın Kağızman mahalında isə eyni səbəbdən 2 əsgər şəhid olub, biri yaralanıb./Publika.az/