İstanbulda avtobus partlayıb: yaralı tələbələr var – FOTO

    6

    Türkiyənin İstanbul şəhərində mini avtobus partlayıb.

    Hurriyyet.org xəbər verir ki, Pendik rayonunda Sabiha Gökçen hava limanı yolunda hərəkət edən özəl universitetlərdən birinə məxsus xidməti avtobusda baş vermiş partlayış nəticəsində 7 tələbə yaralanıb.

    Əraziyə xilasetmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yol bağlanıb.

    Hadisənin səbəbi hələ bilinmir./trend/