Putin-Ərdoğan görüşündən öncə Ankaradan BÖYÜK JEST

    6

    Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb.

    Hurriyyet.org qardaş ölkə mediasına istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

    Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.

    Bu, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü öncəsi Ankaradan Moskvaya verilən müsbət mesaj hesab oluna bilər. Dövlət başçıları mayın 3-də Soçidə görüşəcəklər.

    Hurriyyet.org