Tənhalığın çarəsi – isti duş…

    6

    Tənhalıqdan əziyyət çəkənlər və yaxud da dostluq qrupundan təcrid olunanların daha çox duş qəbul etdiyi məlum olub. Onlar həm də isti su ilə yaxalanmağa üstünlük verirlər.

    Hurriyyet.org-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, mütəxəssislər özünə qapanan, təklikdən əziyyət çəkənlərin daha uzun müddət duşda qaldığını aşkarlayıb.

    Yalnız insanların daha az sosiallaşdığı və uzun müddət bir evdə qaldıqlarını nəzərə alsaq, onların yalnızlıqlarını duşla sakitləçdirmələri başa düşüləndir. Maraqlı olansa, belə insanların daha çox isti suya meyllənmələridir.

    Alımlərin fikrincə, bunun öz səbəbləri var. Araşdırmalara görə, bədən hərarəti insanın ən vacib və təməl hissi olan özünə inam  hissini yüksəldir. Güvən hissi isə bizi anlayacaq, bizə dəyər verəcək, ziyan çəkməyəcəyimiz insanların varlığıyla əlaqəlidir.

    Yalnızlıq, təcrid olunma, bəyənilməmə isə insanda ilk olaraq özünə inam hissini öldürür.

    Nəticə olaraq yalnız insan təkliyindən yaranan güvənsizlik duyğularını isti suyun yaratdığı güvən hissiylə əvəzləməyə çalışırlar.

    Bunu edən insanların özlərinin də bu gerçəkdən xəbəri yoxdur. Onlar bununla bilmədən yaralarına dərman olurlar.

    Əslində bu tənhalıq duyğusunun köklü çözümü deyil. Amma  qismən həllidir.

    Altunay, Hurriyyet.org

    ““““““““““““““““““