Tacikistanla Qırğızıstan sərhədində 7 bal gücündə zəlzələ olub

    3

    Tacikistanla Qırğızıstan sərhədində mayın 6-ı səhər baş verən zəlzələ 7 bal gücündə qiymətləndirilib. Bişkekdə 3 bal gücündə təkanlar hiss olunub.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Qırğızıstan Elmlər Akademiyasının Seysmologiya institutu xəbər verib.

    Yeraltı təkanların episentri Düşənbədən 257 km aralı, Qırğızıstanla sərhəddə Tacikistan ərazisində baş verib.

    Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb./trend/