Əsəddən növbəti sərsəmləmə: “Bu silahı Türkiyə verir”

    3

    Suriya terrorçuları kimyəvi silahı Türkiyədən alırlar.

    Hurriyyet.org xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib. O, bununla bağlı sübutların bir neçə il əvvəl internetdə yayımlandığını bildirib.

    Əsəd terrorçuların pul, silah və digər şeylərin alınması üçün yalnız Türkiyə marşrutunu istifadə edə biləcəklərini də söyləyib.

    Qeyd edək ki, bir müddət öncə Əsəd rejimi İdlibdəki dinc əhaliyə kimyəvi hücum həyata keçirib. Nəticədə 100-dən çox adam ölüb, 500 nəfər yaralanıb./axar.az/