“KÜRDÜSTAN“IN QURULACAĞI TARİX AÇIQLANDI

    12

    Hurriyyet.org xəbər verir ki, İraq Kürd Regional İdarəsinin müstəqillik referendumu ilə bağlı hazırlıqlar davam edir. İraq kürdlərinin rəhbəri Məsud Bərzaninin müşaviri Muhammed Hacı İraq mediasına referendumun keçirilməsinin avqust ayına planlaşdırıldığını söyləyib.

    İraqda dərc edilən ingilisdilli “Bas Nyus” məşrinin yazdığına görə, Muhammed Hacı İraq Kürd Regional İdarəsinin ali seçki komissiyasına referendum keçirilməsi üçün hazırlıqlara başlaması tapşırığı veriləcəyini bildirib, Məsud Bərzani isə kürd siyasi partiyalarında müstəqillik səylərinə liderlik edəcək ortaq şura nümayəndələrini seçmələri üçün müraciət edib.

    “Kürdlərin müstəqilliyini elan eləmək vədəsi yetişib”

    Məsud Bərzani mayın 2-də Fransanın “Le Fiqaro” qəzetinə müsahibə verərkən “Kürdlərin müstəqilliyini elan eləmək vaxtı çatıb. Lakin biz İraqdan sülh, dialoq və müzakirə yolu ilə ayrılmaq istəyirik”, – demişdi. Kürdistan Yurdsevərlər Birliyinin üzvü Mala Bəxtiyar isə bu referendumun avqust və ya sentyabr aylarında keçiriləcəyini bildirib.

    Hurriyyet.org