“Ankara tədricən Avropadan uzaqlaşır” – Politoloqdan Ərdoğanın Rusiya səfərinə şərh

    3

    Hurriyyet.org xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ərdoğanın mayın 3-də Rusiyaya səfərini şərh edərkən qeyd edib.

    Politoloq bildirib ki, rəsmi Ankara Avropadan tədricən uzaqlaşır: “Ərdoğanın qarşıda səfər edəcəyi ölkələr Rusiya, Hindistan və Çindir. Bu seçim ona gətirib çıxarır ki, Ankara tədricən Avropadan uzaqlaşır“.

    Politoloqun sözlərinə görə, bu gərginlik hər iki tərəfin zərərinədir: “Ərdoğanı gələn həftə Rusiyada gözləyirlər. Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını Soçiyə dəvət edib. Ərdoğan səfər öncəsi Putinə xoş sürpriz edib. Rusiya vətəndaşlarının Türkiyədə vizasız qalma müddəti 60 gündən 90 günə qədər uzadılıb.

    Səfərdə hHeç çübhəsiz əsas mövzu Suriya olacaq. Bundan başqa, Putin Türkiyəni Rusiya-İran ittifaqına yaxınlaşdırmaq istəyir. Elə Ərdoğanın özü də Rusiya-İran-Türkiyə üçlüyü içərisində dialoqun genişlənməsinin tərəfdarıdır. Növbəti üçlü görüşün Tehranda həyata keçirilməsi planlaşdırılır. Ancaq bu İranda prezident seçkisindən erkən baş verməyəcək”.