Çılpaq bədənlərdə Tramp və Putin… – Fransa qadına qarşı BİRLƏŞDİ

    6

    Hurriyyet.org bildirir ki, seçkilərdə iştirak faizi kifayət qədər yüksək idi: təxminən 80 faiz. Makron 23,75, Le Pen 21,53, Respublikaçılar Partiyasının namizədi Fransua Fiyon 19,91, sol hərəkatının lideri Jan-Luk Melanşon 19,64 faiz səs topladı. Sosialist Partiyasının namizədi Benua Amond (son beş ildə Fransaya rəhbərlik edən Fransua Olland məhz bu partiyadandır) 10 faizdən də aşağı səslə kifayətləndi. Müşahidəçilər bunu iqtidar partiyasının tam müvəffəqiyyətsizliyi kimi qiymətləndirdilər.

    Vaxtilə favorit hesab edilən Fiyon da daxil olmaqla, seçki kampaniyasının digər iştirakçıları öz məğlubiyyətlərini etiraf etdilər. Onlardan bir çoxu növbəti turda tərəfdarlarını Makrona səs verməyə çağırdılar.

    ““

    Seçkilərin nəticələrinə reaksiyalar

    “Exit-poll”un nəticələri məlum olduqdan dərhal sonra aparıcı fransız siyasətçiləri seçkilərin nəticələri üzrə bəyanatlarla çıxış etməyə başladılar. Sosialistlərin bütün komandası ikinci turda Makrona dəstək verəcəyini ifadə etdilər. Prezident Fransua Olland Makrona zəng vuraraq onu ikinci tura çıxması münasibətilə təbrik etdi. Lakin, onun mövqeyi əvvəldən də məlum idi. Olland bir neçə dəfə bildirib ki, Marin Le Peni hakimiyyətə buraxmamaq üçün bacardığı hər şeyi edəcək.

    Respublikaçılar Partiyasının nüfuzlu siyasətçilərindən olan Kristian Estorzi seçkilərin nəticələrinə görə kədərləndiyini bildirdi: “Bu gün mənin üçün kədərli gündür. Siyasi karyeramın başlanğıcından ilk dəfə mənim partiyamdan olan namizəd prezident seçkilərinin ikinci turuna keçmədi. Amma mən fikrimdə qalıram ki, seçki kampaniyası ikinci turda Le Pen üzərində qələbə üçün aparılmalıdır. Buna görə də ölkəmizin bütün vətəndaşlarına Emmanuel Makrona səs verməyə çağırıram. İndi o bütün respublikaçıların namizədidir. Bütün səslər ona verilməlidir”.

    ““

    Seçkilərdə uduzan respublikaçıların namizədi Fransua Fiyon da vətəndaşları Makronu dəstəkləməyə çağırdı: “Milli cəbhə” ürəyini zorakılıq və dözülməzliyə açır. Əminəm ki, ekstremizm bədbəxtlik və ayrılıqdan başqa Fransaya heç nə gətirməyəcək. Buna əsaslanaraq, ultrasağların əleyhinə və Makronun lehinə səs verməkdən başqa seçim yoxdur”.

    Bizə bayram gəlir

    Seçkilərin birinci turunun triumfatorları seçicilər qarşısında çıxış etdilər. Marin Le Pen Enen-Bomonda tərəfdarları ilə görüş keçirdi. 2014-cü ildə burada onun ən yaxın silahdaşlarından biri olan Stiv Briua mer seçilmişdi. Və 2007-ci ildə onun özü şəhərdən deputatlığa namizəd idi. Le Pen öz nitqində təmkinli idi.

    “Bu tarixi nəticədir və mənim üzərində fransız millətinin müdafiəsi, birliyi, təhlükəsizliyi, çiçəklənməsi və müstəqilliyi üçün böyük məsuliyyət qoyur. Qorxunc qloballaşma bizim sivilizasiyamızı təhdid edir”, – o bildirib.

    Makron tərəfdarları ilə Parisdə görüşdü. O, birinci turda iştirak edən bütün namizədlərə minnətdarlığını ifadə etdi.

    ““

    “Biz fransız siyasi tarixində səhifəni çevirmək şansını əldə etdik. Fransızlar yenilənmək istədiklərini ifadə etdilər. Biz irəliləyişə başlamaq üçün seçicilərin maksimum dəstəyinə nail olmaq istəyirik”, – Makron qeyd edib.

    Həyəcanlı bazar günü

    Fransada prezident seçkiləri ilk dəfə 2015-ci ilin noyabrında Parisdə terror aktlarından sonra ölkədə daxil edilmiş fövqəladə rejimdə keçirildi. İctimai təhlükəsizliyin Baş İdarəsi (DCSP) və fransız kəşfiyyatı tərəfindən hazırlanmış bildirişdə bir neçə əsas təhdid sadalanırdı: terror aktları, “radikal güclər”in qələbəsi halında kütləvi nümayişlərin gedişatında toqquşmalar, həmçinin seçkilərin yekunlaşdırılması üçün istifadə edilən serverlərə haker hücumları (ilk növbədə, xaricdən).

    Seşki məntəqələrində təhlükəsizliyin mühafizəsi üçün təxminən 66 min polis və jandarm, yeddi min əsgər və zabit ayrılmışdı. Bundan başqa, təhlükəsizliyin təmin olunması üçün şəxsi mühafizə şirkətləri cəlb edilmişdi.

    ““

    Artıq yerli vaxt saat 11:30-da ölkənin şərqində yerləşən Bezansonda seçki məntəqələrdən birində şübhəli avtomobilə görə komissiya üzvləri və seçicilər təxliyyə edildilər. Yoldan keçənlər salonda silah görmüşdülər. Avtomobilin olduğu ərazi mühasirəyə alındı və silah götürüldü. “Terrorizmdən söhbət getmir, bu cinayət işidir”, – regional təhlükəsizlik xidmətindən əmin etdilər.

    Daha bir hadisə Enen-Bomon şəhərində baş verdi. Marin Le Pen maskası geyinən “Femen” hərəkatının fəalları onun atası Jan-Mari Le Pen, Putin (Rusiya prezidenti Vladimir Putin –red.), Tramp (ABŞ prezidenti Donald Tramp –red.) və Bəşər Əsəd (Suriya prezidenti –red.) yazıları olan çılpaq bədənlərlə bir neçə seçki məntəqəsinə zorla girdilər və səsvermənin gedişini pozmağa çalışdılar. Hadisəyə dərhal müdaxilə edən polis qadınları saxlayıb.

    Ümumilikdə, seçkilər ciddi bir hadisə baş vermədən keçirildi. İndi ən əhəmiyyətli məsələ seçkilərin ikinci turundan sonra ölkəyə kimin – Emmanuel Makron, yoxsa Marin Le Penin rəhbərlik edəcəyidir. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək. /publika.az/