Senatorlar Trampın “Ayfonu“nu əlindən almaq istəyirlər

    3

    Senzura hər yerdə elə senzuraymış. Lap elə Amerikada da.  Əgər belə olmasaydı, Trampın özünə də yasaqlar qoymazdılar. İşə bax ki, sən Amerikanın prezidenti seçiləsən, planetin ən böyük güc sahiblərindən biri olsan, amma sənə öz parlamentində istədiyini deməyə və yaxud yazmağı icazə verməyələr.

    İnandırıcı olmasa da, indi Donald Tramp bu aqibəti yaşayır. Onun partiyadaşı, senatda beynəlxalq əlaqələr məsələlərinə rəhbərlik edən Bob Korker prezidentin “Ayfon“unu əlindən almağı tövsiyə edib. O bildirib ki, Tramp yalnız Ağ Ev adminstrasiyası əməkdaşlarının nəzarətindən sonra “Tvitter“də fikirlərini paylaşa bilər.

    Korkerin bu fikrinə Corc Makkeyn də dəstək verib. 

    O da bildirib ki, Tramp sosial şəbəkədə fikirlərini paylaşmazdan əvvəl iki dəfə düşünməlidir.

    Bəlli olduğu kimi, Tramp bu və ya digər məsələ barədə nə düşündüyünü xalqa və dünyaya Tvitter vasitəsilə çatdırmağı sevir.

    Xüsusən də, Hillari Klinton, eləcə də Ağ Evin sahibini təngə gətirən jurnalitlərlə bağlı fikirlərini ifadə edərkən çəkinmir.

    Trampın həyat yoldaşı Melaniya da bir müddət əvvəl prezidentin əl çəkməli olduğu vərdişlərindən birinin tvitt atmaq olduğunu qeyd edib.

    Təyinatdan sonra hakimiyyət rəhbəri ilk 100 gündə informasiya məkanına 645 tvitlə “atəş açıb“.

    Bu tvitlərin içərisində ən çox işlənən ifadə “böyük“ sözüdür. Daha sonra “Amerika“ və “amerikalı“ kəlmələridir.  Amma “bürünc“ kəlməsi isə ən sevilməyən ifadələrdən olub.

    Yeri gəlmişkən, bildirək ki, ABŞ prezidenti tvitlərini

    @realDonaldTrump şəxsi hesabından və  Barak Obamadan qalma @POTUS adlı hesablardan paylaşır.

    Hazırda Trampın 28,6 milyon nəfər izləyicisi var.

    ABŞ prezidentinin sosial şəbəkələrdə aktiv olması onların da çoxunun ürəyincə deyil.

    Məsələn, izləyicilərdən biri şəbəkədə özünün yaratdığı aparatı nümayiş etdirir. Həmin dəzgah çek printer, alışqan və külqabıdan ibarətdir. Bu maşın əvvəlcə Trampın tvitlərini dərc edir, daha sonra isə avtomatik olaraq onları yandırır. Həmin aparat artıq internetdə böyük marağa səbəb olub.

    Trampın dünyanı təəccübləndirən bir neçə tvitti:

    11 sentyabr 2014: “Obama ölkəyə ən böyük xidmətini göstərib istefaya getsə, mən ona qolf kurslarıma ömürlük pulsuz qatılmaq haqqı verəcəm“.

    2 avqust 2014: “ABŞ Ebolaya yoluxanların geri dönməsinə icazə verməməlidir. Kim uzaqlara gedə bilirsə, ona əhsən, amma onlar gedə bildikləri kimi, əməllərinə görə cavab verməyi də bacarmalıdırlar“.

    Altunay, Hurriyyet.org