Şəmkirdə fermada yanğın: çoban yanaraq öldü

    21

    Şəmkir rayonunda fermada yanğın olub, çoban yanaraq ölüb.

    Hurriyyet.org xəbər verir ki, hadisə  aprelin 25-nə keçən gecə rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində baş verib.

    Belə ki, kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib. Nəticədə 12 kvadratmetr sahədə yanar konstruksiyalar yanıb, yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.

    Faktla bağlı araşdırmalara başlanılıb.