“Ərdoğandan da sərt olacam“ – MADURO

    3

    Sağ ektremist qruplar çevrilişə cəhd edərsə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan daha sərt addımlar atacağam.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro deyib.

    “Türkiyədə nələrin baş verdiyini gördünüz. Əgər ölkəmdə də o cür qiyam başlarsa ,Ərdoğanın etdikləri Boliviya inqilabı ilə bağlı görülən önləyici tədbirlərlə müqayisədə uşağın hərəkətləri kimi yadda qalacaq. BMT və ABŞ-ın nə dediklərinə baxmayacağam. Ən sərt qanunlar qəbul ediləcək“, – Maduro bildirib.

    Qeyd edək ki, 4 apreldən Venesuelada kütləvi aksiyalar başlayıb. Hazırda aksiyalar tələbə hərəkatları ilə davam edir./Axar.az/