Rusiyanın nüvə bombardmançıları dörd gecədir ki…

    9

    Rusiyanın Hava-Kosmik Qüvvələrinin Tu-95M strateji nüvə bombardmançıları artıq dördüncü gecədir ki, ABŞ-ın Alyaska ştatının sahilləri boyu gecə uçuşları keçirir.

    Hurriyyet.org xəbər verir ki, bu barədə CNN telekanalı bildirir. Rusiya strateji nüvə bombardmançılarının Alyaska sahillərində göründüyünə dair ilk məlumat aprelin 18-də yayılıb. Həmin gün ABŞ Hərbi Hava Qüvvələri bombardmançıları müşayiət etmək üçün iki F-22 “Raptor“ qırıcısı və E-3 erkən radiolokasiya aşkarlama təyyarəsi havaya qaldırıb. Lakin xəbər verilir ki, sonuncu dəfə Rusiya bombardmançıları Alyaska sahillərinə yaxınlaşanda ABŞ aviasiyası onları müşayiət üçün havaya qalxmayıb.

    Bildirilir ki, Rusiya strateji bombardmançılarının Alyaska sahillərində görünməsi barədə prezident Donald Tranpa məruzə ediblər. Bildiriblər ki, bu, qeyri-adi hal deyil. ABŞ aviasiyası da beynəlxalq hava məkanında müntəzəm olaraq belə reydlər keçirir./virtualaz.org/