Rusiyanın baş hərbi prokuroru İSTEFA VERDİ

    3

    Rusiyanın baş hərbi prokuroru, baş prokurorun müavini Sergey Fridinski istefa verib.

    Hurriyyet.org xəbər verir ki, 58 yaşlı Fridinski Federasiya Şurasına istefa ərizəsi ilə müraciət edib. 

    Məlumatı Federasiya Şurasının müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Viktor Ozerov təsdiqləyib.

    S. Fridinski vəzifəsindən hansı səbəbə getdiyini ərizəsində qeyd etməyib./qafqazinfo/