“Putinə dedim, əgər İran buna nail olsa… “ – Netanyahu

    6

    Rusiya və İranın əməkdaşlığından narahatıq.

    Hurriyyet.org xəbər verir ki, bunu “9-cu kanal”a müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.

    “İran təkcə bizə yox, həm də Rusiyaya təhdiddir. Mən bunu Rusiya Prezidenti Vladimir Putinə də demişəm. Rusiya İranın Suriyada hərbi baxımdan möhkəmlənməsinə izn verməməlidir. Əgər İran Suriyada dəniz limanlarından birini tutsa, o zaman onların sualtı gəmiləri İsrailin dəniz yollarında üzəcəklər”, – deyə o bildirib./axar.az/