“Qax” su zavodu satışa çıxarıldı – 4,5 MİLYONA

    3

    Qax rayonunda yerləşən “Qax Mineral Suları” MMC satışa çıxarılıb.

    Hurriyyet.org fins.az-a istinadən xəbər verir ki, bu haqda yerli elan saytlarında məlumat yerləşdirilib.

    Elana əsasən, MMC-yə Qax şəhərinin mərkəzinə yaxın, gündəlik istehsal gücü 40 min ədəd su şüşəsi, 263 metr dərinlikdən çıxarılan artezian quyusu vasitəsilə istehsal olunan təbii zəngin mineral su istehsalı müəssisəsi aiddir.
    Qeyd edək ki, daha çox ”Sultan Su” brendi ilə tanınan “Qax Mineral Suları” MMC uzun illərdi sözügedən rayonda su istehsalı ilə məşğul olan digər müəssisə ilə rəqabət aparır.
    30 min kvadrat metr sahəni əhatə edən obyektin qiyməti 4 milyon 500 min manatdır.