Bakıda türk və iranlılar arasında kütləvi dava – YARALILAR VAR – VİDEO

    3

    Paytaxtın Qaradağ rayonunda xarici vətəndaşlar arasında kütləvi dava qeydə alınıb.

    Hurriyyet.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə Lökbatan dairəsi adlanan ərazidə yerləşən kafelərdən birində baş verib.

    Obyektin müştərisi olan Türkiyə və İran vətəndaşları mübahisə etməyə başlayıblar. Daha sonra söz savaşı əlbəyaxa davaya çevrilib. Qəzəbli müştəriləri sakitləşdirmək istəyən kafe əməkdaşları da döyülüblər.

    Xəsarət alan 48 yaşlı Zeynəb Nəsirova, 41 yaşlı Altay Bekar, 50 yaşlı Vidadi Rzayev, 30 yaşlı Mustafa Məlikzadə və daha bir İran vətəndaşı xəstəxanaya çatdırılıb. Həkimlər yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

    Faktla əlaqədar Qaradağ Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.