Mikroavtobus partladı: xeyli sayda ölən var – PAKİSTANDA

    6

    Pakistanda sərnişin mikroavtobusunun partladılması nəticəsində 13 nəfər ölüb.

    Hurriyyet.org xəbər verir ki, hadisə ölkənin şimal-qərbindəki Kurram vilayətinin Qodar şəhərində baş verib.
    Ölənlər arasında üç qadın və iki azyaşlı uşaq var. Hadisə ilə bağlı məsuliyyəti İŞİD və “Taliban“ qruplaşmaları öz üzərinə götürüb.
    Hadisənin baş verdiyi “qəbilələr zonası“ Əfqanıstanla həmsərhəd bölgə yerləşir. Bura yaşayanların əksəriyyəti milliyyətcə puştulardır. Rəsmən mərkəzi hakimiyyətə tabe olan bölgə yarı-muxtar şəkildə yerli qəbilə başçıları tərəfindən idarə olunur. Son 25-30 il ərzində “qəbilələr zonası“nda “Taliban“ qruplaşmasının nüfuzu artıb./apa/