Bakıda yaşayış binasında yanğın – 3 POLİS TÜSTÜDƏN ZƏHƏRLƏNDİ

    3

    Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib.

    Hurriyyet.org xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.

    Qeyd edək ki, yanğın zamanı binanın 50 nəfərdən çox sakin xilas edilib. Onlardan 8-i azyaşlı olub.

     

    ***

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Hurriyyet.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci  mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

    Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.