Hacı İbrahim Nehrəmlinin milyonluq maşını satışa çıxarıldı – BORCA GÖRƏ

    6

    Ölkə banklarına külli miqdarda borcu olan “Avesta Concern”in rəhbəri, nehrəmli iş adamı kimi tanınan Hacı İbrahim İbrahimova məxsus məşhur “Rolls Royce” markalı avtomobil də kreditdə imiş.

    Hurriyyet.org gununsesi.info-ya istinadən xəbər verir ki, İbrahim Nehrəmli həmin avtomobili oğlu Həsən İbrahimovun adına VTB Bankdan kreditlə götürüb.  Maşını almaq üşün VTB bankdan 900 min dollar kredit götürən Hacı İbrahim son iki il ərzində ödənişləri həyata keçirməyib.

    Dəfələrlə xəbərdarlıqlara baxmayaraq, iş adamı kredit borcunu verməyib.

    Məhz buna görə də bank iş adamının “Rolls Royce” markalı avtomobilini hərraca çıxarıb.

    Onu da qeyd edək ki, İbrahim Nehrəmli bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu ilə gündəmə gəlmişdi. DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən iki günlük həbs edilən iş adamı bütün əmlakını banka girov qoyduğu üçün sərbəst buraxılıb.