NATO dəyəri 1 milyard avro olan yeni mənzil-qərargahına köçür

    6

    NATO yeni mənzil-qərargahına rəsmən mayın 25-də, Brüsseldə Alyansa daxil ölkələrin dövlət və hökumət başçılarının sammiti zamanı köçəcək.
    Hurriyyet.org xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Belçika baş naziri Çarl Mişel ilə görüşünün yekununda təsdiq edib.

    “Liderlərin may ayındakı görüşündə Belçika tərəfinin yeni mənzil-qərargahı Şimali Atlantika Alyansına verməsi ilə bağlı rəsmi mərasim keçiriləcək”, – deyə o bildirib.

    NATO-nun yeni kompleksi Alyansın hazırkı qərargahından bir küçə aralıda yerləşir. Bu nəhəng yarımdairəvi şüşə bina 41 hektar sahəni əhatə edir. Onun ofis sahəsi 245 min kvadratmetrdir. Eyni anda bu bninada 4 mindən çox insan işləyəcək.

    Bina enerjiyə qənaət, rabitə və kommunikasiyalar sahəsində yeni texnologiyalardan istifadə edilməklə, eləcə də qurğunun özünün fiziki müdafiəsi ilə inşa edilib. Onun layihə dəyəri 1 milyard avro təşkil edir.
    NATO üçün yeni mənzil-qərargah tikilməsi barədə qərar 1999-cu ildə qəbul edilib, tikinti işlərinə isə 2010-cu ildə başlanılıb./report/