Stoltenberq: “NATO əsgərləri Suriyada döyüşməyəcək”

    6

    “NATO-nun Suriya münaqişəsində iştirakı gündəmdə deyil”.

    Hurriyyet.org xəbər verir ki, bunu, NATO baş katibi Yens Stoltenberq “Spiegel”ə müsahibəsində deyib.

    Onun sözlərinə görə, NATO əsgərləri Suriyadakı vətəndaş müharibəsində iştirak etməyəcək.

    Lakin baş katib İŞİD-ə qarşı döyüşən İraq əsgərlərinə ilin əvvəlindən təlim verən NATO hərbçilərinin sayının artırılmasını istisna etməyib:

    “Fikrimcə, İraq və Əfqanıstanda yerli döyüşçülərə təlim verilməsi terrora qarşı ən yaxşı silahdır”./azadliq.info/