Makrondan Qarabağ AÇIQLAMASI: “Maksimum səy göstərəcəyəm“

    3

    “Mən Dağlıq Qarabağ münaqişəsinin tamamilə həll olunması üçün maksimum dərəcədə səy göstərəcəyəm“.

    Hurriyyet.org xəbər verir ki, bunu Fransada keçirilən prezident seçkisinin birinci turunda qalib gələn iki namizəddən biri – Emmanuel Makron bildirib.

    “Siz yaxşı bilirsiniz ki, bu problemi təkbaşına həll etmək mümkün deyil“, – o vurğulayıb. 

    Xatırladaq ki, aprelin 23-də Fransada keçirilən prezident seçkisinin birinci turunda Emmanuel Makron və Marin Le Pen qalib gəlib. Seçkinin ikinci turu mayın 7-də keçiriləcək./report/