“MƏNFUR ELEMENTLƏR” – Prezidentin köməkçisindən Eldar Mahmudova sərt sözlər

    3

    “Məhz Heydər Əliyevin xarizması və yüksək dövlət təfəkkürü sayəsində dövlət təhlükəsizlik orqanlarına milli kadrları cəlb etmək mümkün oldu. Heydər Əliyev bu orqanı sözün hərfi mənasında Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi üçün yenidən yaratdı”. Hurriyyet.org xəbər verir ki, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Heydər Əliyev: təhlükəsizlik orqanlarının ilk azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransında çıxışı zamanı deyib.

    “Картинки

    Əli Həsənov daha sonra Azərbaycanın təhlükəsizlik orqanlarında Eldar Mahmudov dövrünü nəzərdə tutaraq bildirib ki, bu orqanların sıralarına yol tapan mənfur elementlər onun imicinə zərbə vurdu. “Təəsüf ki, milli təhlükəsizlik orqanlarına mənfur insanlar yol tapdı və bu orqanların imicini tapdaladı. Hərçənd onlar ziyalı ailəsindən olsalar da özləri nə ziyalı ola bildilər, nə peşəkar xüsusi xidmət işçisi”-prezidentin köməkçisi bildirib.
    Əli Həsənovun sözlərinə görə, ölkə rəhbərliyi dövlət təhlükəsizlik orqanlarının sağlamlaşdırılması üçün böyük səylər göstərir. Çalışır ki, bu orqanları həmişə Heydər Əliyevin ideyaları əsasında fəaliyyət göstərsin./Virtualaz.org/