“Allah şeytana lənət eləsin” – Evlərə basqın edən dəstə saxlanıldı – VİDEO

    6

    Masallıda cinayətkar dəstənin üzvləri saxlanılıb.

    Hurriyyet.org ARB TV-yə istinadən xəbər verir ki, rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində soyğunçuluqla məşğul olan üç nəfərlik dəstə zərərsizləşdirilib.

    Aprelin 18-dən 19-na keçən gecə rayonun Qızılağac kəndində maskalı şəxslər Tinati Səlimova, Xoşqədəm Mirzəyeva, Hökumə Səfərovanın yaşadığı mənzillərə daxil olaraq ev sahiblərinə hədə-qorxu gəlmək yolu ilə ümumilikdə 3 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçiriblər.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində evlərə basqın etməkdə şübhəli bilinən üç nəfər Bakı şəhərində saxlanılıb. Onlar – Qızılağac kənd sakini Vüsal Əliyev, Bərdə rayon sakini Faiq Abışlı və Astara rayon sakini Amil Qənbərovdur.

    Vüsal Əliyev – Saxlanılan şəxs: “Allah şeytana lənət eləsin, olub da, gəlmişik. Törətdiyim əmələ görə də peşmanam”.

    Faktla bağlı araşdırmalar davam etdirilir.