İki uşaq atası özünü asdı – LƏNKƏRANDA

    6

    Lənkəran rayonunda 38 yaşlı kişi özünü asıb.

    Hurriyyet.org xəbər verir ki, intihar hadisəsi rayonun Şirinsu kəndində baş verib. 

    Belə ki, həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Caniyev Qurban Əliheydər oğlu gecə satlarında yaşadığı evdə özünü asaraq intihar edib. Ailə üzvləri səhər oyanarkən hadisədən xəbər tutublar. Balıqçılıqla məşğul olan, iki uşaq atası Q.Caniyevin hər hansı probleminin olmadığı deyilir. İntiharın səbəbi hələlik məlum deyil. 

    Faktla bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./report/