Avtomobil dərəyə aşdı, bir nəfər öldü – LƏNKƏRANDA

    6

    Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hurriyyet.org xəbər verir ki, hadisə Lənkəranın Şovu kəndi ərazisində qeydə alınıb. Yolda hərəkət edən minik avtomobilinin dərəyə aşdığı, nəticədə bir nəfərin xəsarət aldığı bildirilir.

    Xəsarət alan şəxs Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onu xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır./apa/