MTN generalının müsadirə olunmuş əmlakı – SİYAHI

    3

    Ləğv edilmiş MTN-nin növbəti dəstəsi, general Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

    Hurriyyet.org xəbər verir ki, nazirliyin Anti-Terror Mərkəzinin sabiq rəhbəri Elçin Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.

    General Elçin Quliyevə məxsus əmlaklar:

    ƏMLAKLAR

    QİYMƏT

    90 TT 757 nömrəli “Mercedes BENZ GL 500”

    105 min manat

    90 HH 757 nömrəli “Mercedes BENZ C200”

    64 min manat

    Mərdəkan qəsəbəsində bağ sahəsi

    172 min manat

    Ceyranbatan qəsəbəsində torpaq sahəsi

    27 min 500 manat

    Nabranda torpaq sahəsi

    12 min manat

    ““

    İntihar edən polkovnik İlqar Əliyevə məxsus əmlaklar:

    ƏMLAKLAR

    QİYMƏT

    Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa

    798 min manat

    Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi

    180 min manat

    N.Nərimanov prospektində obyekt

    418 min manat

    Nabranda 6 sot torpaq

    12 min manat

    Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri

    12 min 400 manat

    Mərdəkan qəsəbəsində bağ evi

    192 min manat

    Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi

    21 min manat

    Göyçay şəhərində daşınmaz əmlak

    114 min manat

    Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi

    7200 manat

    E.Quliyevin adına olan iki avtomobil hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Maddi-təchizat idarəsində saxlanılır. 

    Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.

    Qeyd edək ki, general –mayor  E.Quliyev MTN-də Antiterror Mərkəzinin rəisi olub. Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev 2015-ci il dekabrın 20-də təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib./qafqazinfo/