İyun ayının QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı

    6

    İyun ayının qeyri-iş günləri açıqlanıb.

    Hurriyyet.org xəbər verir ki, bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq.

    Nazirlər Kabinetindən ildirilib ki, 26 iyun – Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibətilə qeyri-iş günüdür. İki bayram eyni günə təsadüf etdiyindən, iyunun 28-i, yəni çərşənbə günü də istirahət günüdür.

    Beləliklə, hər iki bayram münasibətilə şənbə və bazar günləri də daxil olmaqla 5 gün (24, 25, 26, 27 və 28 iyun) qeyri-iş günü elan olunur.

    İyunun 15-i – Qurtuluş Günü də qeyr-iş günüdür./report/