Bərzanidən kürd dövləti AÇIQLAMASI

    6

    “İraqda müstəqil kürd dövlətini qurmağın vaxtı çatıb”.

    Hurriyyet.org xəbər verir ki, bunu İraq kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

    “Kürdlərin müstəqillik elan etməyinin vaxtı çatıb. Ancaq İraqdan dialoq və danışıqlar yolu ilə ayrılmaq istəyirik. Təxminən bir əsrdir ki, İraqın bütövlüyünü qorumaq üçün çalışdıq. Bunun qarşılığında nə aldıq? 4 min 500 kənd yıxıldı, kimyəvi hücuma məruz qaldıq, yalnız mənim ailəmdən 10 min adam öldürüldü”, – Bərzani söyləyib.

    Qonşularla yaxşı münasibətlər qurmaq istədiyini deyən kürd lider müstəqilliyin yeni problemlər yaratmayacağını, əksinə problemlərin həllinə kömək edəcəyini bildirib.

    Beynəlxalq ictimaiyyətdə müstəqillik mövzusunda zəmanət alıb-almamasına gəlincə, Bərzani bu mövzuda qərarı kürd xalqının verəcəyi deyib:

    “Əgər beynəlxalq cəmiyyətdən bir hədiyyə gözləsəniz, kürd dövləti heç bir zaman yaranmayacaq”.

    Bərzani Kərkükü də kürd bölgəsi adlandırıb:

    “Kərkük tarixi və coğrafi olaraq heç şübhəsiz ki, kürd bölgəsidir. Ancaq bu, buranın yalnız kürdlərin olduğu anlamına gəlmir. Kərkükdə xristianlar, türkmanlar və ərəblər yaşayır. Referendumda sonra bütün qruplar nəticəyə hörmət göstərməlidir. Ancaq hərbi və siyasi qruplar güc istifadə edərək mövcud status-kvonu dəyişdirməyə çalışarsa, biz sahib olduqlarımızı qorumaq üçün əlimizdən gələni edəcəyik”./Publika.az/