Dünyanın ən məşhur fizikindən qorxulu açıqlama!

    3

    İnsanlığın dünyadakı vaxtının qısaldığını deyən 75 yaşlı ingilis astrofiziki Stiven Hokinq qorxunc proqnoz verib.

    Hurriyyet.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, alim  insanların bu dünyanı 100 il içərisində tərk etməsinin yollarını arayıb tapmalı olduğunu qeyd edib.

    Hokinq bu iddiasına səbəb olaraq nüvə müharibəsi ehtimallarını, qlobal istiləşməni və genetik virusları göstərib.

    BBC-nin yeni sənədli filmi üçün müsahibə verən alim bildirib ki, iqlim dəyişikliyi, meteor düşmələri, yoluxucu xəstəliklər insanlığın onların gözlədiyindən daha tez məhvinə gətirib çıxaracaq.

    Bununçün o, köhnə tələbələrindən biri ilə canlı həyatın kosmosa daşinması  yollarını araşdıracagını bildirib.

    Altunay, Hurriyyet.org