İndoneziyada həbsxanadan 200 məhkum qaçdı

    3

    İndoneziyada 200 məhkum cümə namazı üçün kameraların qapılarının açılmasından istifadə edərək həbsxanadan qaçıb.
    Hurriyyet.org xəbərinə görə, hadisə Sumatra adasının Riau bölgəsində baş verib.
    Xeyli sayda məhkumun həbsxanadan qaçması xəbəri yayılandan sonra həmin ərazidə yaşayan sakinlər arasında vahimə yaranıb.
    Məlumata görə, məhkumların qaçmasına həbsxanada pis saxlanma şəraiti səbəb olub.
    Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, axtarışlara başlanılıb. Artıq məhkumlardan bir neçəsi saxlanılıb. Qaçan digər məhkumların axtarışı davam etdirilir.