26 yaşlı azərbaycanlı həyat yoldaşını qətlə yetirdi – GÜRCÜSTANDA

    6

    Gürcüstanda qətl hadisəsi baş verib. 

    Hurriyyet.org xəbər verir ki, azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonundakı Tamarisi qəsəbəsində yaşayan 26 yaşlı Xviça Nəbiyev həyat yoldaşı 1995-ci il təvəllüdlü Yeganə Quliyevanı qətlə yetirib.
    X. Nəbiyev Y. Quliyevanı boğaz nahiyəsindən bıçaqla vurub.
    Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir.

    Qeyd edək ki, X. Nəbiyevin 1,5 və 3 yaşlı körpə uşaqları var. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (bilərəkdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır./apa/