Məhkəmə sədri kəndin torpaq sahələrini saxta sənədlərlə ələ keçirib – SENSASİON FAKTLAR

    9

    Göyçay rayonu Yeniarx kənd sakini Kərimov Sahib Qulu oğlu tərfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub.

    Şikayətçi yazır ki, Yeniarx kənd ərazisində torpaq sahələrini Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev qanunsuz yolla, saxta məhkəmə qətnamələri ilə ələ keçirib: “Məhkəmə sədri həmin torpaq sahələrini köməkçisi Bəxtiyar Qəhramanovun atası Vaqif Qəhramanovun adına sənədləşdirib. Həmin torpaq sahəsində 3 böyük göl salınıb, balıq yetişdirilir , torpaq sahələri əkdirilib. Kənd camaatına su zülmü yaşadan məhkəmə sədri Fərhad Əfəndiyevin gölünə və əkin  sahələrinə görə bütün kəndin suyu kəsilib. Hətta 2016-cı il tarixdə məhkəmə sədri Fərhad Əfəndiyevin əkin sahələrinə suyun gec verilməsi üzündən qarğıdalı sahələri məhv olduğundan 38 000 manat ziyan dəymişdir. Buna görə məhkəmə sədri Yeniarx bələdiyyəsinin sədri Əbülfət Əliyevi cəzalandırdı. Ona qarşı sifarişlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178 və 179-cu maddələri ilə cinayət işi başladılıb, özü çıxardığı hökmlə bələdiyyə sədrini məhkum etdi. Əkin sahəsinə dəymiş 38.000 manat ziyan isə işə ciddi yanaşmadığı üçün köməkçisi Bəxtiyar Qəhramanov tərəfindən ödənilmişdir. Bəxtiyar Qəhramanov özü və anası buna görə bankdan kredit götürüb məhkəmə sədri Fərhad Əfəndiyevə ödəməli olmuşdular.

    Qeyd edim ki, Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev Yeniarx kənd sakinlərindən pay torpaq sahələrini alan zaman saxta məhkəmə qətnamələri çıxarmışdır. Hansı ki, həmin torpaq aktlarında adları olan vərəsələrin bundan xəbəri olmayıb.

    Fərhad Əfəndiyev 2007-2012-ci illərdə Mingəçevir şəhər məhkəməsinin sədri vəzifəsində işləyən zaman orda da böyük biznes qurub. Mingəçevir şəhərində böyük çörəkbişirmə və pivə zavodları hazırda fəaliyyətdədir ki, onlarıda məhkəmə köməkçisi Bəxtiyar Qəhramanov idarə edir. Əslində isə Bəxtiyar Qəhramanov Göyçay rayon məhkəməsində arxiv işçisidir. Ancaq tam qanunsuz olaraq məhkəmə iclaslarında katiblik edir. Bunu subut etmək çox sadə və asandır. Belə ki, Fərhad Əfəndiyevin sədrliyi ilə çıxarılmış məhkəmə qətnamələrində katib kimi Samir Məmmədovun adı qeyd edilsə də həmin işlərdə Bəxtiyar Qəhramanov katib kimi işə çıxmışdır ki, bunu müşahidə kameralarının yaddaşına baxıb görmək olar. Bu, tam qanunsuzluqdur ki, Fərhad Əfəndiyev yol verir.

    Göyçay rayon məhkəməsinin sədri Fərhad Əfəndiyev əslində biznesmen kimi tanınır. Bu isə cinayətdir ki, ortada konkter subutlar var. Yeniarx kəndi bu biznesmen hakimin su zülmünə görə çox əziyyət çəkir”.

    Müəllif sonda aidiyyatı qurumlara müraciət edərək, onlardan dəstək istəyir: “Xahiş edirik, bu biznesmen məhkəmə sədri barədə yoxlamaya başlayıb təcili tədbirlər görəsiniz”.

    Hurriyyet.org

    Redaksiydan: Qarşı tərəfi dinləməyə hazırıq.