“Mercedes“ “London taksisi“nə çırpıldı: 5 yaralı – FOTOLAR

    6

    Gecə saatlarında Abşeron rayonunun Sulutəpə qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Hurriyyet.org xəbər verir ki, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən “99-XU-438“ dövlət qeydiyyat nişanlı “London taksisi“nin sürücüsü səbəb olub. 
    Nəticədə yüksək sürətlə gələn “10-NA-016“ dövlət qeydiyyat nişanlı “Mercedes“ markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, “Mercedes“ bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb. Qəza zamanı “Mercedes“in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər – 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 
    Bundan əllavə, “London taksisi“nin sürücüsü, 1983-cü il təvəllüdlü Alməmmədov Zamin Ümid oğluda bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 
    Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır./report/

    “Bakıda“Bakıda“Bakıda“Bakıda“Bakıda“Bakıda