“Yuventus” “Monako”nu evində yendi

    6

    Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

    Hurriyyet.org xəbər verir ki, Fransa təmsilçisi “Monako” İtaliya “Yuventus”unu qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qolu Qonsalo İquayn vurub.

    Bununla da “Yuventus“ finala vəsiqəni böyük ölçüdə təmin edib. Bunun gerçəkləşməməsi üçün mayın 9-da İtaliyada keçiriləcək cavab görüşündə “Monako“ 2 topluq fərqi aradan qaldırmaq kimi çətin vəzifənin öhdəsindən gəlməlidir.

    Çempionlar Liqası. Yarımfinal, ilk oyun

    3 may

    22:45. “Monako” (Fransa) – “Yuventus” (İtaliya) – 0:2

    Qonsalo İquain, 29; 79

    Baş hakim: Antonio Mateu Laos (İspaniya)

    Monako. II Lui stadionu

    Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşündə “Real“ “Atletiko“nu 3:0 hesabıyla məğlub edib.