“39 yaşlı Makron prezidentliyə yaxındır” – POLİTOLOQ

    6

    “Fransada ənənəvi sistem partiyaları (sosialistlər və respublikaçılar) iflasa uğradı. Cəmi 1 il əvvəl siyasi hərəkat yaratmış 39 yaşlı Makron prezidentliyə yaxındır. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli deyib.

    “Faşistlərin lideri Le Penin atası da 2002-ci il seçkilərində ikinci tura çıxmışdı”

    “Faşistlərin lideri Le Penin qazandığı nəticənin dünyadakı populist millətçi dalğa ilə birbaşa əlaqəsi olmadığını düşünürəm. Onun atası da 2002-ci il seçkilərində ikinci tura çıxmışdı” – deyə politoloq xatırladıb.

    “Moskva bu seçkilərdə respublikaçıların namizədi Fiyona “stavka“ etmişdi”

    Ş. Cəfərli qeyd edib ki, Le Pen Rusiya ilə çox yaxın əlaqələrə malik olsa da, 2-ci turda onun qələbə şansı az olduğu üçün Moskva bu seçkilərdə respublikaçıların namizədi Fiyona “stavka“ etmişdi: “Lakin belə görünür ki, Fransada “Brexit“ və ABŞ seçkilərindən dərs alan müəyyən dairələr bu ssenarini pozmağa qərar verdilər və Fiyonun fırıldaqları haqqında faktlar dövriyyəyə buraxılaraq, onun reytinqinə zərbə vuruldu. Eyni zamanda, Makronun qərargahı Rusiyanın seçkilərin nəticələrinə təsir etmək məqsədi güdən haker hücumlarını və təbliğatını vaxtında ifşa edə bildi”.

    “Terror aktları baş verməsə, Makron çətinlik çəkmədən qalib gələcək”

    Politoloqun fikrincə, mayın 7-nə qədər böyük terror aktları baş verməsə, Makron çətinlik çəkmədən qalib gələcək və Avropa rahat nəfəs alacaq.

    Şamo, Hurriyyet.org