Tarkandan sonra Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu da Bakıya gəlir

    6

    “Formula 1” məçhur türk müğənnisi Tarkanla yanaşı dünyaca məşhur ulduzlar Nikol Şerzinger və “The Black Eyed Peas” qrupu 2017 Formula 1 Azərbaycan Qran Prisinin azarkeşlərinə canlı konsert verəcək.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Hurriyyet.org-a  verilən məlumata görə, iyunun 24-ü dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnəyə əvvəlcə Nikol Şerzinger, daha sonra isə “The Black Eyed Peas” qrupunun üzvləri çıxacaqlar.

    Ulduzlar yarışı izləməyə gələn Formula 1 azarkeşləri üçün ən populyar musiqilərini səsləndirəcək,  şəhərimizə toplaşan avtoidman həvəskarlarına əyləncə ilə dolu unudulmaz gecə yaşadacaqlar.

    BŞH-nin icraçı direktoru Arif Rəhimov hər iki iştirakçının 2017 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində canlı konsert proqramı ilə çıxış etmək üçün Bakıya edəcəyi səfərdən böyük məmnunluq duyduğunu bildirib: “Musiqi dünyasının ən çox tanınan ulduzlarının Bakıya konsert proqramı üçün gəlişi bizi yüksək dərəcədə sevindirir və qürurlandırır.

    “The Black Eyed Peas” qrupunun hər bir üzvü və Nikol Şerzinger özünü isbat etmiş dünya ulduzlarıdır və onlar bir müğənnidən gözlənilənləri tam şəkildə gerçəkləşdirən ali dərəcəli musiqişünaslardır. Musiqi ilə Formula 1 hər zaman bir arada olmaqla yanaşı öz yaradıcı sərhədlərini aşmağa çalışır. Ulduzların adlarının elan olunması bu baxımdan sözügedən möhtəşəm ənənəni davam etdirir. Bu səbəbdən 2017 Formula 1 Azərbaycan Qran Prisini qaçırmaq olmaz və biz iyun ayında Bakıda baş tutacaq yarış həyəcanı və əyləncə coşğusunu birlikdə yaşamaq üçün hamınızı indidən səbirsizliklə gözləyirik”. Bu il Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun tarixlərinə təsadüf edir. Dənizkənarı bulvarda yerləşən əyləncə zonasına çıxış imkanı verən biletləri əldə edən hər kəs yarış boyu hər həftə sonu burada baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər. Bununla yanaşı, dördgünlük bileti olanlar cümə axşamı günü – iyunun 22-də Pit Yolu Gəzintisinə qatılmaq imkanına sahib olacaqlar. Bundan başqa yarışı izləməyə gələn tamaşaçılar Formula 1 pilotlarının iştirakı ilə keçirilən avtoqraf sessiyalarına qatılmaqla yanaşı Formula 1 şəhərciyi və əyləncə mərkəzində olan bütün atraksiyon imkanlarından da yararlana biləcəklər.

    Altunay, Hurriyyet.org

     ““ 

    ““