Gülən 100 il yaşamaq üçün görün nə etdi? – Rokfellerin yolunu gedir

    3

    Fəthullahçı Terror Təşkilatının (FETÖ) ABŞ-da yaşayan lideri Fəthullah Gülən 100 il yaşamağı qarşısına məqsəd qoyub.

    Hurriyyet.org xəbər verir ki, FETÖ-də “Xüsusi Sağlamlıq Xidməti və Katiblik” vəzifəsində çalışan və 2015-ci ildən xaricdə yaşayan Tuncay Delibaşının ən mühüm vəzifəsi Gülənin orqanlarının yenilənməsi layihəsi icra etmək olub.

    Türkiyə Təhlükəsizlik Ümumi Müdirliyinin FETÖ haqqındakı hesabatına görə, Hacetəpə Universitetinin nəzdində qurulan “Texnoşəhər”ə rəhbərlik edən Delibaş təşkilata milyonlarla dollar qazandırıb. Türkiyə Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) qeydlərinə görə, bir çox təşkilat və şəxsin adından Delibaşın adına 3 ildə köçürülən pul 30 milyon 500 min lirəni (təxminən 10 milyon dollar) keçib.

    Delibaşı uzun müddət Gülənin orqanlarını yeniləmək üçün icra etdiyi “elmi” işlərini müxtəlif dərnəklər və xarici səhiyyə şirkətləri vasitəsilə reallaşdırıb. ABŞ-ın Delaver ştatında qurulan “ERX Pahrmaceutıcals Inc” adlı şirkət bu layihə çərçivəsində Gülənə xidmət edib. Bu şirkətin vasitəsilə dünyanın məşhur alimlərinin yardımından istifadə edilib.

    Gülənin xüsusi həkimi olan və fasilələrlə ABŞ-a gedərək onu tibbi müayinədən keçirən Delibaşı 2015-ci il dekabrın 9-da xaricə qaçıb.

    Qeyd edək ki, dəfələrlə orqan nəqli həyata keçirən amerikalı milyarder Devid Rokfeller mart ayında 101 yaşında dünyasını dəyişib. /publika.az/