Sarkisyan yeni naziri İŞDƏN QOVUR

    3

    Ermənistanın FHN rəhbəri vəzifəsindən uzaqlaşdırılacaq.

    Hurriyyet.org xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyində keçmiş nazir Armen Yeritsyanın ölümündən sonra struktur daxilində xaos yaranıb. Necə deyərlər, it yiyəsini tanımır. 

    Yeni nazir Davit Tanoyan öncə bir sıra dəyişikliklər həyata keçirərək, nəqliyyat polis rəisi Arsen Arşakyanı işdən azad edib. Daha sonra yeni nazir işçi heyəti ilə həftəlik məsləhətləşmələri ləğv edib. 

    Hazırda Sarkisyan onun əvəzinə general Manvel Qriqoryanın yaxın ətrafından olan, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəhbəri Muşeğ Qazaryanı təyinat etmək istəyir. Məlumatlara görə, Davit Tanoyan Sarkisyanın yeni komandasında yer almayacaq./azvision.az/