Bünövrə qazılarkən tapılan rus generalın nəvəsi ortaya çıxdı

    3

    Ərdahanda bünövrə qazılarkən cəsədi tapılan rus generalının nəvəsi ortaya çıxıb.

    Hurriyyet.org-un Türkiyəyə istinadən verdiyi xəbərə görə, Rusiyadan bir nəfər general Boris Akimovun nəvəsi olduğunu iddia edib. O, DNT analizi verməyə hazır olduğunu deyib: “Çox faktlar üst-üstə düşür. Cəsədin vəfat etdiyi tarix və məkan. Şəkildəki general rütbəsi. General rütbələrində üç ulduz olur”.

    Xatırladaq ki, Boris Akomovun cəsədi Ərdahanda bina tikintisi üçün aparılan qazıntı zamanı qazıntıların altından tapılıb.

    ““

    Akimov onu da bildirib ki, o, Rusiyanın Ankaradakı səfirliyinə müraciət edib. Oradansa sözügedən məsələ  haqda rəsmi məlumat olmadığını deyiblər: “Telefon nömrəmi aldılar. Lazım gəlsə, DNT analizi verməyə də hazıram. Xəbəri “Sputnik”dən aldım. Mənim bildiyim tarixlər də tabutun babama aid ola biləcəyini sübut edir. Təbii ki, bəzi tarixçilərə görə məsələ qarışıqdır. Bu haqda müxtəlif iddialar var.  Amma mən cəsədin Geymana aid olduğunu düşünürəm”.

    Altunay, Hurriyyet.org\