Türkiyədə “Vikipediya”ya giriş məhdudlaşdırıldı

    12

    Dünyanın ən böyük internet ensiklopediyası hesab olunan “Vikipediya”ya Türkiyədən giriş məhdudlaşdırılıb.

    Hurriyyet.org türk mətbuatına istinadən xəbər verir ki, bu gün saat 08:00-dan etibarən Türkiyədə “Vikipediya”ya daxil olmaq mümkün olmur.

    Sayta girişin məhkəmə tərəfindən məhdudlaşdırıldığı deyilir.

    Hələlik Türkiyə hökuməti də “Vikipediya”ya daxil ola bilməməyin səbəbini açıqlamayıb.