Neft bahalaşdı

    3

    Dünya birjalarında neft bahalaşıb.

    Hurriyyet.org xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,70 dollar və ya 1,54% artaraq 46,22 dollar təşkil edib.
    ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar və ya 1,49% artaraq 49,10 dollar olub.