Bakıda DİN-in idarə rəisinin maşını qəzaya düşdü: yaralı var

    9

    Daxili İşlər Nazirliyinin (DİN) yüksək vəzifəli əməkdaşının xidməti avtomobili qəzaya düşüb.

    Hurriyyet.org xəbər verir ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində qeydə alınıb.

    Məlumata görə, DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi, polis polkovniki Əbdül Zərgərlinin “Hundai“ markalı xidməti avtomobili “Mercedes“ markalı maşınla toqquşub.

    Hadisə nəticəsində Ə.Zərgərlinin sürücüsü xəsarət alaraq DİN-in hospitalına yerləşdirilib.

    Hadisə zamanı Ə.Zərgərlinin avtomobildə olub-olmadığı bilinmir.

    Faktla bağlı araşdırma aparılır./report/