ÇAYIN GENETİK SİRRLƏRİ TAPILIB

    6

    Çinli botaniklər  həm yaşıl, həm də qara çay istehsalında istifadə olunan “Cameliya sinensis” növ çay bitkisinin genetik  tərkibinı ortaya çıxarıb.

    Çayın  iqtisadi və mədəni əhəmiyyətinə baxmayaraq, bu gün onun genləri haqda çox az məlumat var.

    Çindəki Kunming Botanika İnstitutunda mütəxəssisi Lizhi Lao “Çay ətirlərinin geneticası haqda tam məlumatın olmadığını deyib: “Biz çayın genetic və texnoloji xəritələrini yaratmaqla yanaşı, çayların ətirlərini də  genetikasını araşdırırıq”.

    Çayın “Camella” növünün həm də bəzək bitkisi olmaqla 100-dən çox növü var.

    Amma “Camella sinensis” növündən  ticarətdə daha çox istifadə olunur.

    Araşdırmaçılar bu növün yarpaqlarında çaya xas dad verən kimyəvi maddələr qatıldığını aşkarlayıb.

    “Camella” növündəki digər çay növlərində isə belə kimyəvi maddələrdən çox az istifadə olunur.

    İngiltərənin Keş Kraliyyət Botanika Bağçasının araşdırma üzrə mütəxəssisi Monique Simmons bu araşdırmanın çox faydalı olaçağı qənaətindədir.

    Qeyd edək ki, alimlərin bu təhqiqatına 5 ildən artıq vaxt gedib.

    Hurriyyet.org