Cəlilabadda mikroavtobus yandı: 10 yaralı – ADLAR

    6

    Cəlilabadda mikroavtobusun yanması nəticəsində yaralananlardan 9 nəfərinin adı məlum olub.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, 10 nəfər yaralıdan 1-i Cəlilabad Rayon Mərkəzi xəstəxanasının travmotologiya, 9 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib. Həmin şəxslər bunlardır:

    Nəzrin İntiqam qızı Qəhrəmanova

    Günəş Mahmudlu

    Ülfət Mahmudlu

    Xuraman Zakir qızı Abışova

    Tünzalə Hüseynağa qızı Fərəcova

    Könül Mirzəyeva

    Mələk Fəxrəddin qızı Rəhimova

    Rəvanə Elşad qızı Abbasova

    Elnarə Malik qızı Əhmədova

    ———-

    10:11

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, ilkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub.

    Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb

    Xəstəxanaya gətirilən 10 nəfər yaralıdan 1-i travmotologiya, 9 nəfəri isə reanimasiya şöbəsinə yerləşdirilib.

    ***

    Cəlilabad rayonunda sərnişin mikroavtobusu yanıb.

    Hurriyyet.org-un APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

    Mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində yanğın baş verib.

    Mikroavtobusun içərisində olan 8 sərnişin yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin orta  ağır olduğu deyilir.

    Fakt araşdırılır.

     

    ***

    Cəlilabadda mikroavtobus yanıb, yaralılar var.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Məlik Qasımlı kəndi ərazisində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb.

    İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

    ““
    ““
    ““