Yumurta qabığını əvvəlcə bişirin, sonra sobaya qoyun…

    9

    Bu xəbəri eşitdikdən sonra bir daha yumurta qabığını atmayacaqsız.

    “Business İnsider”in verdiyi xəbərə görə, Amerika qida industriyası hər il 150 min ton yumurta qabığını zibiliyə atır.

    Bəs, onu zibilə atmaq əvəzinə yeməyə nə deyirsiz?

    Alımlırin dediyinə görə, yumurta qabığı kalsiumla çox zəngindir. Onun yüzdə 95 faizi kalsium karbonatdır.

    Bir yumurta qabığında iki qram kalsium var.

    Amma yumurta qabıqlarını qətiyyən çiy yemək olmaz.

    Çünki yumurta qabığındakı bakteriyaların ölməsi üçün onu əvvəlcə yaxşıca qaynatmaq, ardınca 93 dərəcədə 10-15 dəqiqə sobada (duxovkada) bişirmək lazımdır.

    Daha sonra həmin qabıqları narın toz halına gələnə qədər üyütməlisiz.

    Qabıqlardakı kalsium yaşlı qadınlarda yaranan ostereoxondoz ağrılarını və sümük əriməsini azaldır.

    Üyüdülmüş qabıqlara un qarışdırılaraq ondan çörək, pizza hazırlamaq olar.

    Amma bir məsələdə çox diqqətli olmağı unutmayın. Kalsium azlığı ziyan olduğu kimi çoxluğu da ziyandır. Sağlam insan orqanizminin gündə 1 qram kalsiuma ehtiyacı var.

    Hurriyyet.org

    ““““““““““““““““““