Mərakeşin xarici işlər naziri Azərbaycana gələcək

    6

    Bu ilin payızında Mərakeşin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir.

    Hurriyyet.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Mərakeşin Azərbaycandakı səfiri Adil Embarx deyib.

    Onun sözlərinə görə, səfərin məqsədi hökumətlərarası birgə komissiyanın iclasında iştirak etməkdir: “İclasın dəqiq tarixi və proqramı müəyyənləşməyib. İlk iclasın bu ilin payızında Bakıda keçiriləcəyinə ümid edirik. Komissiyanın hər iki ölkədən həmsədrləri xarici işlər nazirləridir“.