Avroliqada yarımfinal cütlükləri müəyyənləşdi

    3

    Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb.

    Hurriyyet.org-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada yarımfinal cütlükləri müəyyənləşib.

    “Ayaks” (Hollandiya) bu mərhələdə “Lion”la (Fransa) qarşılaşacaq. Digər cütlükdə isə “Selta” (İspaniya) “Mançester Yunayted”lə (İngiltərə) üz-üzə gələcək.

    Avropa Liqası

    Yarımfinal

    “Ayaks” (Hollandiya) – “Lion” (Fransa)

    “Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
    Qeyd edək ki, yarımfinalın ilk matçları mayın 4-də, cavab qarşılaşmaları isə mayın 11-də oynanılacaq. Final matçı isə mayın 24-də keçiriləcək.